Cəmiyyət

Tibbi arayış niyə bahadır? - Rüsumun yüksək olması müzakirələrə səbəb olub - VİDEO

14 Fevral 2023 14:26
Baxış: 1 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhiyyə müəssisələri tərəfindən verilən tibbi arayışın rüsumu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, arayış üçün tələb olunan məbləğin, yəni 40 manatın kifayət qədər yüksək olduğu deyilir.

Hətta bununla bağlı "Xəbər Ertəsi"nin qaynar xəttinə də müraciətlər edilib.

Sorğu apardığımız vətəndaşların bir çoxunun fikrincə, sözügedən rüsum azaldılmalıdır.

Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bildirir ki, tibbi arayışda göstərilən müayinələr icbari tibbi sığortanın xidmətlər zərfinə adi deyil və yalnız bəzi hallarda bu sənəd vətəndaşlara ödənişsiz verilir.

Millət vəkili Müşfiq Məmmədli də deyir ki, tibbi arayış sığorta hadisəsi hesab olunmadığı üçün vətəndaş tərəfindən qarşılanır. Bu arayışın məbləği isə qanunvericilikdə əksini tapmayıb.

Müşfiq Məmədli bildirir ki, xarici təcrübədə də bu tip arayışlar ödənişlidir. Millət vəkilinin fikrincə, tibb müəssisələri və səlahiyyətli orqanların maddi-texniki imkanları artıqca sağlamlıq arayışının rüsumunun məbləğinin azaldılması istiqamətində də addımlar atıla bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.