Cəmiyyət

"Biz tarixi unutmuruq" - VİDEO - FOTO

9 Fevral 2023 18:20
Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə zəlzələdən ziyan görən və çətin durumda olan insanlara Qubadan 3 yük maşını yardım göndərilib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, ötən  gündən havanın qarlı-şaxtalı olmasına baxmayaraq, yüzlərlə Quba sakini yardımın toplanıldığı Cümə məscidinə axışıb.

Statusundan asılı olmayaraq hər kəs qardaş Türkiyədə zəlzələnin şokunu yaşayan insanlara kömək əlini uzadıb.

Toplanan yardım əsasən yataq dəstləri, yorğan-döşək, konserv məmulatları, quru qidalar, isti geyimlər və digər zəruri məhsullardan ibarətdir.

Quba sakinləri bildirirlər ki, 1918-ci ildə erməni hücumunun qarşısı alınarkən türk qardaşlarımız Quba qəzasına çox köməklik ediblər, həyatlarından keçsələr belə erməni daşnaklarına qarşı inadla vuruşublar.

"Biz tarixi unutmuruq" deyən Quba Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov bildirib ki, indi Türkiyənin bu çətin günlərində Prezidentimiz başda olmaqla bütün Azərbaycan, biz qubalılar da onlarla birgəyik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.