Kəpəz FM - 10 ildə dinlənilən, hiss edilən, arzulanan radio... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Radionu özünə yol yoldaşı edənlər yaxşı bilirlər: Dinləyicinin qəlbinə gedən yol gözəl musiqidən və səsdən keçir. Qərb regionunun dinləyicilərinin mənəvi qidası da Kəpəz FM-dir.
Azərbaycanın ilk regional radio kanalı olan "Kəpəz" 2013-cü ilin 5 fevralında Gəncə şəhərində 24 saatlıq yayıma başlayıb. Həftə ərzində beş gün səhərini "Gəl ey səhər"lə açanlar, günorta naharını "Vaxt bizim, söz sizin"lə edib təbriklərini, etiraflarını çatdırırlar, işdən qayıdanlar isə "Bu axşam" verilişi vasitəsilə yorğunluqlarını çıxarırlar. Həftə ərzində www.kepezfm.az saytında səs toplayaraq ən çox dinlənilənlər isə Milli 20 və Top 20 hit-paradlarında yer alırlar. Gün ərzində beş dəfə dünya və ölkə gündəmində baş verən ən son xəbərlər "Kəpəz Xəbər"də çatdırılır.
Hər zaman gənclərə yol açan radioda istedadlı müğənnilərə də şans verilir. Xüsusi konsepsiyaya malik olan Kəpəz FM-ə mahnılar təqdim etmək istəyən müğənnilər təyin olunan qaydaların şərtlərinə əməl etməlidirlər.
Kəpəz radiosu Azərspace 1 peyki vasitəsilə, Gəncə-Daşkəsən iqtisadi rayonunda 93.3, Qazax-Tovuz iqtisadi rayonunda isə 102.7 tezliklərində yayımlanır. Eyni zamanda radionun www.kepezfm.az saytı da dinləyicilərin ixtiyarındadır. Sayt vasitəsilə canlı yayımı dinləmək, layihələr haqqında məlumat almaq, Milli 20 və Top 20-də yer alan mahnılara səs verməklə müğənnilərin hit-paradımızdakı yerlərini müəyyən etmək mümkündür.
Kəpəz radiosu yayıma başladığı gündən etibarən dinləyicilərdə musiqi zövqünü formalaşdırmaq, maarifləndirmək missiyasını öz üzərinə götürüb. Dinləyicilər də bu hədəfə doğru irəliləyərkən hər zaman yanımızda olublar.
10 il səsimizə qulaq verib dinləyənlərə təşəkkür edirik!
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
XƏBƏR LENTİ
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq





