Cəmiyyət

Naxçıvanda restoranlara at əti satanlar saxlanıldı

28 Yanvar 2023 19:26
Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara tədarük etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

Rayon polis idarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən tədbirlərlə rayon sakinləri - Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilərək qida üçün yararsız məhsullar satışdan çıxarılıb.

Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.