Cəmiyyət

"Elementar şeydən ötrü insanlar get-gələ salınır" - Deputat

26 Yanvar 2023 14:29
Baxış: 1 389
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Abşeronda torpaqlar Suraxanıdan Binəqədiyə qədər aydınlaşdırılmayıb. Belə ki,  "Zeytunluq" deyilən ərazi var, hazırda Abşeron rayonun hesabındadır. Amma vaxtilə Binəqədi bələdiyyəsinin sərəncamı ilə insanlar orada ev tikiblər. İndi isə o evlərə "kupça" ala bilmirlər. Bu insanların taleyi necə olacaq?"

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında millət vəkili Eldar İbrahimov deyib.

"Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, nə iş görür, nə edir, araşdırılmalıdır. İnsanlar incidilməməlidir. Bir də görürsən, elementar bir şeydən ötrü insanlar get-gələ salınır", - deyə deputat bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.