Cəmiyyət

Lənkəranda biabırçı mənzərə: Mərkəzi küçə baxımsız vəziyyətdə

10 Yanvar 2023 22:17
Baxış: 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəran rayonunun mərkəzi küçəsi baxımsız vəziyyətdədir.

Rayonun Səttərxan küçəsində əvvəllər Dəri-Zöhrəvi Xəstəlikləri Dispanseri yerləşib.

Dispanser Lənkəran Rayon Mərkəzi Xəstəxanasına köçürüləndən sonra ərazi məişət tullantılarının poliqonuna çevrilib.

"İtlərin əlindən küçəyə çıxmaq olmur. Kimin əlində zibil olur, gətirib atır bura. Yayda burada iydən dayanmaq olmur", - deyə sakin İdrak Dadaşov qeyd edib.

Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.