Cəmiyyət

Vasif Talıbovun qohumu polisdən qovuldu

3 Yanvar 2023 06:53
Baxış: 1 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsinin qardaşı oğlu Fərid Novruzov DİN sıralarından uzaqlaşdırılıb.

Bu barədə ovqat.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

"Naxçıvanın daxili işlər orqanlarında artıq Fərid Novruzov adlı şəxs işləmir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, Naxçıvandan aldığımız məlumata əsasən, Vasif Talıbovun yeznəsi 3 gün əvvəl Siyaqut kəndindəki özünəməxsus yanacaqdoldurma məntəqəsinin arxasında çayçı açıb və oranı idarə etməyi öz qardaşı oğlu Fərid Novruzova tapşırıb. Fərid Novruzov bu vaxta qədər həm də yol polisi işləyirmiş.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.