Cəmiyyət

"Xocəsən" stansiyası tıxacın azalmasına təsir edəcək? - VİDEO

29 Dekabr 2022 16:48
Baxış: 1 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Metronun "Xocəsən" stansiyasının istifadəyə verilməsi paytaxt yollarında vəziyyəti hissedilən dərəcədə yaxşılaşdıra bilər.

Ancaq bunun üçün stansiyanın yanında Nəqliyyat mübadilə mərkəzi yaratmaq zəruridir.

Milli.Az  bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, bunu yol hərəkəti üzrə eskeprt Ərşad Hüseynov deyir.

Ekspert hesab edir ki, ancaq "Xocəsən" stansiyasının açılması Bakı-Sumqayıt yolunda tıxac və sıxlığın aradan qalxmasına o qədər də təsir etməyəcək.

Onun fikrincə, belə olduğu təqdirdə, insanlar Bakı-Sumqayıt yoluna daxil olmadan Bakı-Şamaxı yolu ilə Xocəsən dairəsinə, oradan isə metrostansiya istiqamətinə hərəkət edərək metrodan istifadə edə bilərlər.

Ekspert onu da əlavə edib ki, metronun bənövşəyi xəttinin "8 Noyabr" stansiyasından sonrakı hissəsinin tikintisinin sürətləndirilməsi və bu xətt üzrə qatarlararası intervalın azaldılması da çox vacibdir: "Təkliflər üzərində aidiyyəti dövlət qurumları işləyərlərsə, çox keçməz ki, paytaxt yollarında sıxlıq və tıxacların azalmasının şahidi olarıq".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.