Cəmiyyət

"Bura sağlam gələn xəstələnib gedir" - VİDEO

26 Dekabr 2022 20:30
Baxış: 1 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı rayonu, İstisu kəndində fəaliyyət göstərən tibbi məntəqəsi bərbad vəziyyətdədir. Bura müraciət edən insan sağalmaq əvəzinə yeni xəstəlik tapar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, pəncərə çərçivəsində şüşə əvəzinə taxta var. Onu da kol-kos basıb.

Döşəmə və tavan da yararsız vəziyyətdədir. Divarlarında iri çatlar var, məntəqə hər an çökə bilər.

Mövcud problem səbəbindən İstisu kəndinin sakinləri tibbi xidmətlərdən yararlanmaq üçün uzun məsafə qət edib rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Bu da əlavə vaxt itkisidir.

Məsələ ilə bağlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, hazırda həmin məntəqədə çalışacaq ixtisaslı və peşəkar kadr yoxdur. Bu məntəqənin yenidən qurulması və tam gücü ilə fəaliyyət göstərməsi üçün ilk növbədə bu problemi aradan qaldırmaq lazımdır. Yalnız bundan sonra yenidənqurma istiqamətdə müvafiq addımlar atıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.