Cəmiyyət

Bakıda İT bacarığı ilə seçilən bacı-qardaş - VİDEO

26 Dekabr 2022 19:24
Baxış: 2 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən "h0ur_of.(ode:" Kod saatı - Rəqəmsal Bacarıqlar layihəsi həyata keçirilib. Bütün Azərbaycanı təmsil edən şagirdlər kodlaşdırma bacarıqlarını nümayiş etdiriblər.  

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov qaliblərlə bağlı görüntüləri paylaşıb.

Bakının 249 nömrəli tam orta məktəbindən olan bacı-qardaş birinci və ikinci yeri tutub. Kodlaşmanı bir-birilərindən öyrəndiklərini deyən məktəblilər gələcəkdə informasiya texnologiyaları sahəsində çalışmaq istədiklərini bildiriblər. 

"Kod saatı" müsabiqəsinin II yerinin qalibi Əkbər Əbilov isə bir müddət əvvəl qəza keçirsə də, qalib olmağı bacarıb.

Qeyd edək ki, layihədə 300 nəfər IV-IX sinif şagirdləri iştirak edib. Layihənin məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.