Cəmiyyət

Rəis müavini nöqsanlara görə işdən çıxarıldı

24 Dekabr 2022 20:16
Baxış: 2 049
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rasim Mirzəyev vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun xidmətdə yol verdiyi nöqsanlara görə vəzifədən azad edildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov rəis müavininin sərəncama götürülməsi ilə bağlı məlumatı saytımıza təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.