Dövlət qulluçuları vəfat etdikdə onların orta aylıq məvacibi vərəsələrinə veriləcək.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluğuna bu Qanunun 33.1.11-ci maddəsi ilə (red. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə) xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.
Dövlət qulluğuna bu Qanunun 33.1.13-cü maddəsi ilə (dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda) xitam verildikdə dövlət qulluqçusuna orta aylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödəniləcək.
Dövlət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq dövlət orqanında qulluq keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəl dövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdan bilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət onların qulluq stajı hesablanarkən nəzərə alınacaq.
Milli.Az





