Təhsil sistemində yenilik - ölkə üzrə tətbiq edilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkədə təxminən 150 mindən çox müəllim fəaliyyət göstərir və onların 126 min nəfəri Təhsil Nazirliyinin tabeliyindəki ümumtəhsil məktəblərində çalışır.
Milli.Az xəbər verir ki, bunu "Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar" adlı elmi-praktiki beynəlxalq konfransda Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, bu qədər geniş auditoriyaya fərdi metodik dəstəyin yalnız 350 nəfərlik metodist komandası vasitəsilə göstərilməsi mümkün deyil.
Qeyd edib ki, yeni metodik dəstək modelinin əsas fərqi miqyası deyil, keyfiyyətidir:
"Hazırda metodistlər 400-ə yaxın məktəbdə intensiv və fərdiləşdirilmiş dəstək təmin edir. Məktəblər seçilərkən şagird nəticələri aşağı olan təhsil müəssisələrinə üstünlük verilir. Hər metodist 4-5 məktəb üzrə müəllimlərin öyrənmə mühitini təşkil edir".
Nəzərə çatdırıb ki, bu modeldə metodistin rolu ənənəvi təlim keçirən şəxs olmaqdan fərqlənir. Onların əsas vəzifəsi məktəbdə müəllimlərin bir-birindən öyrəndiyi, fənn metodik birləşmələrinin inkişaf etdiyi dayanıqlı öyrənmə mühiti formalaşdırmaqdır:
"Yeni sistemdə metodist
müəllimlərin peşəkar öyrənmə prosesini təşkil edən əsas şəxs kimi çıxış edir. Məktəbdaxili öyrənmə fəaliyyətlərini koordinasiya edir. Fənn metodik birləşmələrinin işini gücləndirir. Müəllimlərin bilik və bacarıqlarının artmasına xidmət edən davamlı inkişaf mexanizmləri qurur".
E.Əliyev vurğulayıb ki, təkcə metodistlərlə məhdudlaşmayan sistem daha genişmiqyaslı peşəkar inkişaf proqramlarını da əhatə edir.
Bildirib ki, Təhsil İnstitutunun təqdim etdiyi model iki paralel istiqamətdə işləyir:
"Fərdiləşdirilmiş intensiv dəstək metodistlər vasitəsilə konkret məktəblərdə aparılır. Kütləvi peşəkar inkişaf təlimlər, elektron resurslar və televiziya proqramları vasitəsilə geniş müəllim kontingentinə çatdırılır".
Söyləyib ki, yeni yanaşmanın məqsədi müəllimlərin peşəkar inkişafını həm keyfiyyət, həm də əhatə dairəsi baxımından gücləndirmək və nəticə etibarilə şagirdlərin öyrənmə keyfiyyətini artırmaqdır.
Mina Mikayılova
Milli.Az
XƏBƏR LENTİ
-
Minlərlə soyuducunu dağın yamacına tulladılar - (Foto)
-
4 bürc çətinliyi geridə qoyacaq
-
Səhər yeməyi ilə 10 kilo alan həkim vərdişini dəyişdi və arıqladı
-
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
-
Gözü dincəltmək üçün 20-20-20 qaydası - (Video)
-
Dünyaya ata olmaq üçün gələn 3 bürc
-
İpek Erdem uzun illərdən sonra - tanımaq olmur - (Foto)
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
-
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
-
Şəhərin mərkəzində söküntü işlərindən narazılıq - (Video)
-
Günün qoroskopu: Sevgi həyatınız möhkəmlənir
-
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
-
Məktəbdəki insidentlə bağlı açıqlama
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
“Bəzi futbolçularımız dərsdən məşqə acqarına gəlir” - Rəşad Sadiqov
-
İspaniyadakı qatar qəzasının səbəbi bəlli oldu
-
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin (Fotosu)
-
REAL TV əməkdaşlarına qarşı kütləvi azğınlıqda iştirak edənlərin hər biri öz layiqli cəzasını alacaq - Mir Şahin Ağayev
-
Bağça direktorunun azyaşlıya qarşı zorakılıq etdiyi deyilir - (Video)
-
Efirə brilyantla gəldi - Fatiməyə “görməmiş” dedilər - (Video)
-
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
-
Faciəvi şəkildə ölən 7-ci sinif şagirdinin məktəb yoldaşları danışdılar - (Video)
-
Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama





