Cəmiyyət

Oğlu Vasif Talıbov haqda danışmaq istəmədi: "Bakıda yaşayıram, xəbərim yoxdur..."

21 Dekabr 2022 15:02
Baxış: 4 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam".

Milli.Az xəbər verir ki, bunu gununsesi.info-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin  baş idarə rəisi Rza Talıbov bu dəqiqələrdə Naxçıvan Ali Məclisinin sədri postundan kənarlaşdırılan atası Vasif Talıbovun istefası barədə suala cavabında deyib.

Rza Talıbov istefasından sonra atası ilə əlaqə saxlamadığını da deyib: "Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur".

"Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız" sualına isə Rza Talıbov: "Hər kəsin öz işi var" deyərək, əlavə şərh verməkdən imtina edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.