İmtahan sisteminə müdaxilə edən tələbələr Azərbaycan Dövlət İqtisad Universitetindən (UNRC) xaric ediliblər.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki,hadisə UNEC-in Zaqatala filialında baş verib.
UNEC-dən ''Xəzər Xəbər''ə verilən məlumata görə, universitetin Zaqatala filialında 5 tələbə imtahan sisteminə müdaxilə edib. Müdaxiləni təşkil etmiş tələbələr universitetdən xaric olunub, nəticələrinə müdaxilə edilmiş tələbələrin isə imtahan nəticələri ləğv edilib.
Bəs həmin tələbələrin aqibəti necə olacaq?
Sualımıza cavab olaraq UNEC-dən bildirdilər ki, həmin tələbələrə ödənişsiz olaraq təkrar imtahan verilməsi üçün şərait yaradılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az