Dələduzlar bu dəfə alıcıları yox, satıcıları hədəf seçiblər. Onlar müxtəlif yollarla saxta çek ataraq artıq ödəniş etdiyini deyir və pulunun qalığını satıcılardan geri istəyir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mövzuya münasibət bildirən İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Ekspert Əmrah Mövsümzadə deyir ki, son vaxtlar bu cür hallar artıb. Onun sözlərinə görə, bu hallar dələduzluq, maliyyə fırıldaqlığı kateqoriyasina daxildir və ciddi hüquqi məsuliyyət yaradır: "Belə hallarda hər hansı ödəniş sənədini qəbul etməmişdən qabaq bank və maliyyə qurumlarından təsdiq edin. Saxta və manipulyasiya olunmuş rəqəmlərə əsaslanan sənədlərə etibar etməyin. Qəbzləri diqqətli oxuyun və elektron kommunikasiya təhlükəsizliyinə diqqət yetirin. Mesaj və sosial media vasitəsilə gələn ödəniş iddiaların diqqətlə analiz edin. Şübhəli linklər və fayları açmayın, linklərə klikləmiyin, maliyyə və şəxsi məlumatları yalnız etibarlı kanallar vasitəsilə paylaşın, sosial mühəndislik taktikalarına qarşı çox diqqətli olun".
Qeyd edək ki, bu cür dələduzluq halları ilə qarşılaşanlar Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az