Şou-biznes

Elməddinlə Fərda barışdı

28 Sentyabr 2025 22:00
Baxış: 420
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aktyorlar Elməddin Cəfərovla Fərda Xudaverdiyev barışıb. 

Milli.Az xəbər verir ki, o, həmkarının anasının yas mərasiminə qatılaraq, incikliyə son qoyub. 

"İncə səhər"ə açıqlama verən Elməddin "Çox ağır günüdür. Təbii ki, onun yanında olmalıyam. Belə durumda bu vacibdir. İşdə fikir ayrılığı ola bilər, amma kədərli gündə yox. Küsməmişdim, sadəcə ondan incimişdim" sözlərini deyib. 

Qeyd edək ki, Fərda bir neçə gün əvvəl anasını itirib.

Elməddin Fərda ilə küsmələrinin səbəbi haqda "Fərda ilə bir işləyəcəkdik. Bu üçlüyə görə layihəmi bağladım və gəldim. Son anda Fərda getdi başqa yerə. Bizim gördüyümüz iş dayandı. Sonra bağışlayırsan. Amma eşidirsən ki, Fərda deyir Elməddin "torbamı tikib". Üzüldüm. Mən səni xilas etmək üçün dağa dırmaşıram. Sən isə deyirsən sərin hava istəyirdi deyə dırmaşdı. Təşəkkür etmə, amma belə danışma" açıqlamasını vermişdi.  (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.