Dünya

Si Cinpin Trampa şərt qoydu

28 Sentyabr 2025 20:12
Baxış: 400
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çin lideri Si Cinpin ABŞ ilə ticarət sazişi bağlamaq üçün şərt irəli sürüb.

Milli.Az bildirir ki, bu barədə "The Wall Street Journal" nəşri iki ölkə arasındakı danışıqların gedişatından xəbərdar olan mənbələrə istinadən məlumat verib.

Məlumata görə, Si Cinpin ABŞ Prezidenti Donald Trampdan Tayvanın müstəqilliyini dəstəkləməkdən rəsmən imtina etməyi tələb edib.

Nəşr qeyd edir ki, o, ticarət danışıqlarından Trampa təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir.

Çin istəyir ki, ABŞ Co Bayden administrasiyası dövründə olduğu kimi nəinki Tayvanın müstəqilliyini dəstəkləməkdən çəkinsin, həm də bu məsələ üzrə öz mövqeyini rəsmi şəkildə bəyan etsin. /Oxu.Az

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.