Dünya

Anasının qatilinin oğluna ərə getdi

28 Sentyabr 2025 20:52
Baxış: 436
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-də Nikol adlı qadın anasını qəddarlıqla öldürən şəxsin oğlu ilə evlənib.

Milli.Az xarici mediaya istinadla bildirir ki, Nikolun anasının adı Aylin idi. 2021-ci ildə o, gələcəkdə onu öldürən Ayven Brammerlə münasibətə başlayıb. Onlar nə qədər çox görüşürdülərsə, münasibətləri bir o qədər pisləşirdi. Kişi Aylinin həyatını nəzarətdə saxlamağa çalışır və onunla tez-tez mübahisə edirdi.

2022-ci ildə Nikol Ayvenin oğlu Castinlə tanış olub. Onun sözlərinə görə, Castin atasına bənzəmirdi və çox xoşuna gəlmişdi. Qısa müddət sonra o, partnyorundan ayrılaraq Castinlə birlikdə olmağa qərar verib.

Bu zaman onların valideynlərinin münasibətləri tamamilə pisləşmişdi. 14 fevral 2023-cü ildə Ayven Aylini öldürüb və cəsədini xəndəyə atıb.

Meyitin qalıqları yalnız 12 gün sonra ovçular tərəfindən tapılıb. 2024-cü ilin yanvarında Ayven təqsirli bilinərək həbs edilib.

Nikolun sözlərinə görə, Castin də, özü kimi, baş verənlərə inana bilmirdi. Əvvəlcə qatilin oğlu ilə münasibətini davam etdirmək çətin idi. Amma o anlayıb ki, Castin atasının tam əksidir. 2024-cü ilin sentyabrında onlar evləniblər. (Lent.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.