Avto

Hibrid avtomobillər bahalaşa bilər - VİDEO

28 Sentyabr 2025 23:33
Baxış: 312
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hibrid avtomobillərin qiyməti arta bilər.

Bu ilin sonunda hibrid avtomobillərə olan vergi güzəştlərinin müddəti başa çatır. Əgər müddət uzadılmasa, bu nəqliyyat vasitələri üçün də gələn il yanvarın 1-dən vergi və gömrük rüsumu ödəniləcək. Bu da qiymətləri xeyli artıracaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcılar isə düşünürlər ki, güzəştin müddəti artırılacaq, əks halda avtomobil bazarında xeyli bahalaşma olacaq. 

Son vaxtlar benzin və dizellə işləyən avtomobillərin qiymətində xeyli azalma var.

Satıcıların fikrincə, güzəştin müddəti uzadılmasa, bu nəqliyyat vasitələri bahalaşacaq.

Qeyd edək ki, bəzi millət vəkilləri güzəşt müddətinin uzadılmasını təklif edib.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.