Rusiya

Peskov: "Gələn həftə Putinin böyük çıxışı olacaq"

28 Sentyabr 2025 19:21
Baxış: 314
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov qarşıdakı həftədə Rusiya Prezidenti Vladimir Putinin böyük çıxışının planlaşdırıldığını deyib.

Milli.Az bildirir ki, Peskov bunu "Rusiya-1" telekanalının jurnalisti Pavel Zarubin ilə söhbətində açıqlayıb.

"Kremldə çox sayda işgüzar görüşlər, beynəlxalq təmaslar olacaq və gələn həftə prezidentin kifayət qədər böyük bir çıxışı olacaq. Biz onun nə olduğunu, dəqiq harada və nə vaxt olacağını bildirəcəyik," - deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Dmitri Peskov gələn həftənin "maraqlı" keçəcəyini elan edib. (oxu.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.