Rusiya

"İrana yeni hücumlar olacaq"

28 Sentyabr 2025 15:13
Baxış: 1 636
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında İrana qarşı yeni hücumların təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə TASS məlumat yayıb.

"Sizin vaxtaşırı yazdığınız, siyasi analitiklərin qeyd etdikləri İrana qarşı yeni zərbələr təhlükəsi hələ də davam edir.

Bəzi məlumatlı mənbələrin verdiyi məlumata görə, zərbələr praktiki müstəvidə də müzakirə olunur. Bütün bunlar həm hərbi təhdidlər, həm də İranı iqtisadi cəhətdən boğmağa yönəlmiş tədbirlər kimi koordinasiyalı şəkildə həyata keçirilir", - deyə Lavrov jurnalistlərə deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.