Rusiya

Qısqanc qadın keçmiş ərinin evini YANDIRDI

28 Sentyabr 2025 17:30
Baxış: 300
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Perm diyarında 37 yaşlı qadın keçmiş ərinin evini qısqanclıq zəminində yandırmaqda şübhəli bilinərək saxlanılıb.

Milli.Az bildirir ki, hadisəni törədən qadın saxlanılıb.

İstintaqın məlumatına görə, qadın gecə vaxtı qısqanclıq səbəbindən keçmiş ərinin yaşadığı evi yandırıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb, lakin eyvan və dam örtüyünün bir hissəsi yanıb. Hadisə zamanı kişi evdə olmayıb.

Şübhəlinin barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır. İstintaq davam edir. /Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.