İdman

Levandovski 700-cü qolunu vurdu, "Barselona" liderliyə yüksəldi

29 Sentyabr 2025 00:32
Baxış: 246
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniya Primerasının 7-ci turunda "Barselona" "Real Sosyedad"ı qəbul edib.

Milli.Az xəbər verir ki, görüşdə katalonlar 2:1 hesabı ilə qalib gəliblər.

31-ci dəqiqədə Alvaro Odriozola hesabı açaraq baskları önə keçirib. 43-cü dəqiqədə Jül Kunde bərabərlik qolunu vurub. Robert Levandovskinin 59-cu dəqiqədəki qolu isə meydan sahiblərinin qələbəsini təmin edib. Bu, həm də polşalı futbolçunun peşəkar karyerasındakı 700-cü qolu olub.

Oyundan sonra "Barselona" 19 xalla La Liqa cədvəlinə başçılıq edir, "Real Sosyedad" isə 5 xalla 17-ci yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.