Cəmiyyət

İrandan Azərbaycana 192 nəfər təxliyə edilib - YENİLƏNİB - VİDEO - FOTO

1 Mart 2026 23:03
Baxış: 4 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam edir.

Milli.Az xəbər verir ki, 28 fevral saat 08:00-dan 1 mart saat 22:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 192 nəfər təxliyə olunub.

Təxliyə edilənlər arasında 82 nəfər Azərbaycan, 28 nəfər Pakistan, 18 nəfər Səudiyyə Ərəbistanı və 18 nəfər Çin vətəndaşı var. Bundan əlavə, 6 nəfər BƏƏ, 17 nəfər Tacikistan, 4 nəfər İordaniya, hərəyə 3 nəfər Qətər və Banqladeş vətəndaşı təxliyə olunub. Siyahıda həmçinin 2 nəfər Filippin və 2 nəfər Nepal vətəndaşı yer alır. Türkiyə, İtaliya, Pakistan, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan isə hər ölkə üzrə 1 nəfər təxliyə edilib.

-----------

İrandan Azərbaycana təxliyə davam edir.

Milli.Az xəbər verir ki, Azərbaycan vətəndaşları ilə yanaşı xarici ölkə vətəndaşları, xarici ölkələrin İrandakı səfirliklərin əməkdaşları, diplomatlar və s. təxliyə olunurlar.

Azərbaycan aidiyyatı dövlət qurumları təxliyə üçün lazım olan zəruri tədbirləri davam etdirir.

Vətəndaşların təhlükəsiz şəkildə daşınması məqsədilə xüsusi avtobuslar ayrılıb, həmçinin ərazidə təcili tibbi yardım briqadaları cəlb olunub və digər operativ xidmətlər hazır vəziyyətə gətirilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.