Amerika

Tramp İrana qarşı hərbi əməliyyatların nə qədər davam edəcəyini AÇIQLADI

2 Mart 2026 00:54
Baxış: 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların müddətini uzatdıqlarını bildirərək, İranın yeni rəhbərliyi ilə danışıqlara hazır olduğunu, lakin zərbələrin dayandırılmayacağını vurğulayıb.

Milli.Az xəbər verir ki, Tramp bildirib ki, hücumlar 4 həftə davam edə bilər: "Daha az da çəkə bilər, amma 4 həftə olaraq planlaşdırıldı." Bu, ABŞ-nin sadəcə nöqtə zərbələri deyil, genişmiqyaslı infrastruktur məhvini hədəflədiyini göstərir.

Trampın sözlərinə görə, artıq İranın 9 hərbi gəmisi batırılıb və tək bir hava hücumu ilə 48 yüksək rütbəli komandir öldürülüb.

İran Qızıl Aypara Cəmiyyəti bombardmanlar nəticəsində indiyədək 201 nəfərin öldüyünü, 747 nəfərin isə yaralandığını açıqlayıb.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.