Hadisə

Azərbaycanda tanınmış sahibkar qəfil vəfat ETDİ

1 Mart 2026 11:09
Baxış: 1 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə şəhərində tanınmış sahibkar, "Karamel" qadın geyimləri mağazasının sahibi vəfat edib.

Milli.Az Gencexeber.az-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Fərid Əkbərovun iş yerində səhhətində qəfil problem yarandığı bildirilir. O, təcili tibbi yardım avtomobili ilə şəhərdə fəaliyyət göstərən özəl xəstəxanalardan birinə çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, mərhumda yüngül soyuqdəymə əlamətləri olub. Onun daha sonra vəziyyəti qəfil ağırlaşıb və şoka düşüb.

Qeyd edək ki, Fərid Əkbərov 25 ildən artıq idi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Onun Gəncədə geyim satışı üzrə bir neçə mağazası fəaliyyət göstərirdi və şəhər ictimaiyyəti arasında tanınan simalardan biri idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.