İrana məxsus PUA ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki əsas qərargahına zərbə endirib. Hücum nəticəsində bazada güclü yanğın başlayıb.
Milli.Az xəbər verir ki, PUA birbaşa ABŞ-nin 5-ci Donanma bazasının ərazisinə, Böyük Britaniyanın hərbi obyektinin düz yanına düşüb.
Ərazi münaqişədən əvvəl təxliyə edildiyi üçün ölənlər olmayıb. Lakin İranın Bəhreynə ümumi hücumları nəticəsində indiyədək 4 nəfər (1 çinli, 2 misirli və 1 bəhreynli) yaralanıb.
Lalə Qüdrətova
Milli.Az





