Amerika

Tramp: "İranın yeni rəhbərliyi danışmaq istəyir, qəbul etdim"

2 Mart 2026 00:48
Baxış: 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali Rəhbər Xameneinin ölümündən sonra İranın keçid rəhbərliyi ABŞ ilə təmasa keçib. Prezident Tramp bu müraciəti qəbul etdiyini və yaxın vaxtda müzakirələrin başlayacağını bildirib.

Milli.Az xəbər verir ki, Tramp İranın danışıqlar istəyinə belə reaksiya verib: "Danışmaq istəyirlər və mən də qəbul etdim. Bunu daha əvvəl etməli idilər. Çox uzun müddət gözlədilər, halbuki razılaşma əldə etmək çox asan idi."

Prezident eyni zamanda ABŞ-nin son hərbi uğurlarını sadalayıb:

İranın 9 hərbi gəmisi batırılıb və dəniz qərargahı tamamilə məhv edilib.

Tək bir hava hücumu ilə 48 iranlı komandir zərərsizləşdirilib.

Tramp qeyd edib ki, əvvəllər "hiyləgərlik" edən bir çox rəhbər şəxs artıq həyatda deyil.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.