Cəmiyyət

Bakıda İqlim Fəaliyyəti Həftəsi öz işinə başlayıb

29 Sentyabr 2025 09:57
Baxış: 274
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week) öz işinə başlayıb.

Milli.Az xəbər verir ki, COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Britaniya imperiyası ordeni (OBE) kavaleri, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld və digər rəsmi şəxslər çıxış edəcəklər.

Tədbirdə aşağıdakı mövzular müzakirə olunacaq:

COP29-un nəticələri və COP30-a gedən yol - Azərbaycanın iqlim sahəsində liderliyi;

COP29-dan BCAW2025-ə, yaşıl keçidin təmin edilməsi - Milli İqlim Planları (NDC və NAP), investisiya platformaları və keçid planları, yaşıl bacarıqlar ekosisteminin dəstəklənməsi - kiçik və orta biznesə (KOB) diqqət.

Qeyd edək ki, 2024-cü ildə COP29-un sədrliyi Londondakı tərəfdaşlıqla birgə ilk "Bakı İqlim Fəaliyyəti Həftəsi"ni uğurla keçirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.