Cəmiyyət

Şəxsi istifadə üçün xaricdən dərman gətirmək asanlaşa bilər - VİDEO

15 Dekabr 2022 20:29
Baxış: 1 396
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəxsi istifadə üçün xaricdən gətirilən dərmanlarla bağlı yeni qaydalar tətbiq ediləcək.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, xarici ölkəyə səfər edən bəzi vətəndaşlar müalicə üçün lazım olan dərmanları oradan alıb gətirirlər.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, proses zamanı xüsusi normalar olmadığından bəzi hallarda vətəndaşlar müəyyən problemlərlə qarşılaşırlar. O vurğulayıb ki, dünyada gedən geopolitik proseslər vəziyyəti daha da qəlizləşdirib.

Müşfiq Məmmədli qeyd edib ki, dərmanların gətirilməsi zamanı gömrük rüsumu olmasa da, ölkəyə daxil olmaya görə edilən ödənişlər zamanı problemlər yaşanır. O hesab edir ki, bəzi güzəştlər tətbiq etməklə vətəndaşların işini asanlaşdırmaq olar.

Deputat vurğulayıb ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi  Səhiyyə Nazirliyi ilə birgə müzakirələr aparır. Yaxın vaxtlarda hökumətə müvafiq qanun layihəsi təqdim ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.