Cəmiyyət

Xırdalanda məktəbli intihar etdi - FOTO

15 Dekabr 2022 07:15
Baxış: 1 182
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Milli.Az "APA"ya istinadən xəbər verir ki, hadisə Xırdalanda, "Gənclər şəhərciyi"ndə qeydə alınıb.

Belə ki, 11-ci sinif şagirdi 17 yaşlı İlqar Əlizadə özünü binaların birinin damından atıb.

Hündürmərtəbəli binadan düşən məktəbli hadisə yerində ölüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, şagirdin psixoloji problemləri olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.