Cəmiyyət

Xankəndidə vəziyyət ruscadır - ümidsizlik, soyuq və təşviş

14 Dekabr 2022 15:02
Baxış: 3 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı fəalların, QHT və media mənsublarının Şuşanın ətəyində, Xankəndiyə ayrılan yolun başlanğıcında, rus sülhməramlıların postu önündə keçirdiyi aksiya davam edir. Üç gündür davam edir aksiya hava şəratinin ağır olmasına baxmayaraq davam edir. Yaranmış durum separatçı qurumun tör-töküntülərini təşviş və qorxusuna səbəb olub.

Belə ki, özünü Qarabağda qondarma rejimin tör-töküntülərinin "dövlət naziri"  adlandıran Ruben Vardanyan Laçın dəhlizində azərbaycanlı ekoloqların, ictimaiyyət nümayəndələrinin aksiyası ilə bağlı Xankəndidə canlı efirə çıxıb. Bildirib ki, 48 saatdan artıqdır ki, dözülməz vəziyyətdədirlər. Qarabağ xalqı ilə fəxr etdiyini bəyan edən erməni mənşəli rus milyarder iddia edib ki, çaxnaşma yoxdur.

Hətta insanların döyüşməyə hazır olduqlarını da iddia edib. "Normal rejimdə yaşayırıq və işləyirik" deyən o, qələbəyə şübhə etmədiyini bildirib. Halbuki, erməni sosial şəbəkələri və telegram kanallarında erməni icmasını təmsil edən şəxslərin həyəcan və qorxu dolu fikirləri və şərhləri dolub.

Ruben Vardanyan isə əvəzində izah etməyə çalışıb ki, Azərbaycan tərəfi yalan məlumat və şayiələr yaymaq üçün müxtəlif vasitələrdən istifadə edir.

Yeri gəlmişkən, adıçəkilən şəxsin Cənubi Qafqazda Rusiyanın "maraqların"a qarşı çıxdığı barədə Rusiya mediası yazmağa başlayıb. Bəllidir ki, o, Rusiya vətəndaşlığından imtina edib və orada separatçılıq əhval-ruhiyyəsini qızışdırmaq üçün qanunsuz olaraq Azərbaycan ərazisinə - Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonaya köçüb.

Vardanyan bu günlərdə  bəyan edib ki, danışıqlar sülhməramlılar ilə deyil, İrəvanın Qarabağdakı separatçı layihəsinin "dövlət naziri" kimi şəxsən onunla aparılmalıdır. O özünü Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirmə zonasında avtoritet elan edib. Bu da rusların narazılığına səbəb olmaqdadır. 

Azər Nuriyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.