Cəmiyyət

Avropada ilk süni ürək əməliyyatı edən türk: Adı 100 nüfuzlu qadının siyahısındadır

8 Dekabr 2022 21:21
Baxış: 593

Britaniyanın BBC telekanalı 2022-ci ildə dünyanın ən nüfuzlu 100 qadınının siyahısını açıqlayıb. Avropada süni ürək əməliyyatını həyata keçirən ilk qadın cərrah Dilek Gürsoy da siyahıda yer alıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Türkiyədən Almaniyaya köçən ailədə dünyaya gələn Dilək Gürsoy 10 ildən artıqdır süni ürəklə bağlı araşdırmalarla həm məşğul olur, həm də bu qrupa rəhbərlik edir.

Daha əvvəl Almaniyada "Forbes" jurnalının üz qabığında yer alan türkiyəli həkim Gürsoy 2010-cu ildən bəri süni ürək üzərində işlədiyini bildirir: "Tam süni ürək əməliyyatları edirəm. Mən bunlarla böyümüşəm. "Avropada süni ürək transplantasiyası edən ilk qadın cərrah" xəbərini bəyənmirəm, amma mənə "Avropada yeganə sənsən" deyirlər".

Türk həkim müsahibəsində deyib ki, təcrübə olduqca əhəmiyyətlidir: "Mən həm insanlarda, həm də heyvanlarda süni ürək tədqiqatında çox təcrübəliyəm. Məni çoxlarının etmədiyi şeylər maraqlandırır, buna bəxt deyə bilərik. İddialı deyiləm. Mən edəcəyəm, məndən asılıdır demirəm. Çox çalışsan, uğur qazanacaqsan".

Qeyd edək ki, fəhlə ailəsinin övladı olan 46 yaşlı Dilək Gürsoy Almaniyada doğulub. Hələ 10 yaşında olarkən atasını ürək tutmasından itirib. Atasını əlindən alan bu xəstəliklə mübarizə uzun illərdən sonra onun peşəsinə çevrilib. Düsseldorf Tibb Fakültəsini bitirib və ürək cərrahı olub. 2012-ci ildə Avropada süni ürək implantasiya edən ilk qadın cərrah kimi tibb tarixinə düşüb. 2019-cu ildə Almaniyada "İlin həkimi" seçilib.

O, həmçinin kabellər və xarici enerji təchizatı olmadan yeni növ süni ürək layihəsi üzərində işləyir.

Milli.Az

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics