Cəmiyyət

Türkiyə vətəndaşı Azərbaycanda qəza törətdi, 2 ölü

13 May 2010 12:06
Baxış: 210
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Dövlət Yol Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə mayın 12-də saat 16:00 radələrində Bakı-Qazax magistral yolunun 451-ci kilometrliyində qeydə alınıb. Türkiyə vətəndaşı Oncu Suatın idarə etdiyi 76 AZ 641 Türkiyə dövlət nömrə nişanlı yük avtomobili ilə Ağstafa rayon sakini İxtiyar Hacıyevin idarə etdiyi 90 BA 354 nişanlı "Mercedes" markalı avtomobil toqquşub.

Nəticədə minik maşınının sürücüsü İxtiyar Hacıyev və sərnişin Eldar Abbasov aldığı xəsarətdən yerindəcə keçiniblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.