Cəmiyyət

Xaçmazda 12 yaşlı qız dəm qazından ölüb

4 Dekabr 2022 22:34
Baxış: 909
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmazın Ağtala kəndində 12 yaşlı qız dəm qazından ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, 2010-cu il təvəllüdlü Şəhla Vüqar qızı Əlifxanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Ailə üzvlərinin bildirdiynə görə, Ş.Əlifxanovaya ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory