“Rauf Haciyev-100” musiqi festivalina start verildi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15 may 2022-ci il tarixində görkəmli Azərbaycan bəstəkarı, ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi tamam olur. Görkəmli bəstəkarın yubileyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı çıxmış və buna əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi "Rauf Hacıyev-100" Musiqi Festivalının keçirilməsini planlaşdırmışdır.
Bu gün, 3 dekabr 2022-ci il Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində oynanılan "Qafqazlı qardaşqızı" operettası "Rauf Hacıyev-100" Musiqi Festivalının ilk tədbiri oldu.
1969-cu ildə bəstələnmiş və ilk dəfə tamaşaya qoyulmuş "Qafqazlı qardaşqızı" sovet dönəmində ilk öncə "Təbəssümünü gizlətmə" adı altında məşhurlaşmışdı və Rauf Hacıyevin yaradıcılığında lirik operetta xəttini davam etdirirdi. Uzun müddət sonra operetta 2015-ci ildə Respublikanın Əməkdar artisti, rejissor Əli Usubovun quruluşu əsasında tamaşaya qoyulur və o zamandan etibarən "Qafqazlı qardaşqızı" adı altında teatr repertuarına daxil olur.
"Rauf Hacıyev-100" Musiqi Festivalını açan "Qafqazlı qardaşqızı" operettası auditoriyanın böyük diqqəti və alqışlarını qazandı. Tamaşadan əvvəl Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edərək, Festivalı açıq elan etdi və "Qafqazlı qardaşqızı" operettası haqda məlumat verdi. Sonra Mədəniyyət Nazirliyinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyeva səhnəyə dəvət alıb, Musiqi Festivalı haqda və Rauf Hacıyevin yaradıcılığı haqqında qısa icmal ilə çıxış etdi.
"Qafqazlı qardaşqızı" operettası öz lirik, həyatsevər enerjisi ilə, təravətli, nəfis caz çalarlı və mahnı təbiətli simfocaz səciyyəli üslubu ilə seçilir. Əsəri sevimli edən daha bir cəhət onun lirik təbiətli, məlahətli, sevgi və yumor dolu, yaddaqalan, obrazlarıdır. Tamaşaya əsas milli çaları gətirən, "qafqazlı" və "azərbaycanlı" surətini komik səpgidə təmsil edən obraz - Bəbirli və Bibixanımdır ki, daha çox milli rəqs üslublu musiqi ilə müşayiət edilir. Lirik xətlə bağlı olan cütlüklər Arif ilə Lalə, Natə van ilə Buba ən gözəl, səmimi və parlaq melodiyalarla, nəfis orkestr səslənmələri ilə öz səhnə səciyyəsini tapır.
Qeyd edək ki, sözügedən tamaşada yaradıcı heyəti rejissor Cavid İmamverdiyev, dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov və digərləri təmsil edir, baş rollarda isə Nərgiz Kərimova (Lalə), Nicat Həbibov (Arif), Emil Heydərov (Bəbirli), Mehriban Zalıyeva (Natəvan), Rauf Babayev (Buba), Svetlana Bulax (Bibixanım), Boris Qrafkin (Rüstəmov), Əliməmməd Novruzov (Hətəmov), Firuz Məmmədov (Cavanşirov) çıxış edirdilər.
Tamaşanın sonunda səhnəyə rejissor, professor Əli Usubov, R.Hacıyevin ailə üzvləri və əsər üzərində çalışmış yaradıcı heyət dəvət edildi, kollektiv fotoşəkillər çəkdirildi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Erməni turist 5 günlük Bakı təcrübəsindən danışdı
-
Bakıda 20-dək binanın söküləcəyi küçələrin adları açıqlandı
-
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
-
Bank kartları ilə pul köçürmələrinin aylıq limiti artırıldı - Yenilənib
-
Toyuq filesinin qiyməti 10 manata qalxdı
-
"ADEX 2026"da ilk dəfə Azərbaycanın "Arrow 3" kamikadze dronu sərgilənib - (Foto)
XƏBƏR LENTİ
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
Axşam yeməyində makaron yemək bu 2 səbəbə görə kökəltmir
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı
-
İspaniyanın ən yüksək maaş alan idmançısı
-
Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq
-
Krista Paykın edamı təxirə salındı
-
Baş prokuror: Cinayətlərin təxminən yarısı yeni texnologiyalar vasitəsilə törədilir - müsahibə
-
Erməni turist 5 günlük Bakı təcrübəsindən danışdı
-
Bakıda 20-dək binanın söküləcəyi küçələrin adları açıqlandı





