AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Televiziyasının (AzTV) keçmiş aparıcısı, 85 yaşlı Müslümət Rzaxanova artıq 3 ildir ki, Bilgəhdəki "Qocalar evi"ndə yaşayır.
Milli.Az Modern.az-a istinadla xəbər verir ki, o, uzun müddət - 46 il AzTV-də çalşıb. M.Rzaxanova vaxtilə Dövlət Televiziyasında yayımlanan məşhur "Qitələr, hadisələr" verilişinin aparıcısı olub.
M.Rzaxanovanın oğlu ömürlük həbsdədir. O, "Qocalar evi"nə yerləşməzdən xeyli öncələr Ömürlük Məhbusların Hûquqlarını Müdafiə Komitəsi adlı təşkilat yaradaq, ona rəhbərlik edirdi. Həmin vaxtlarda M.Rzaxanovanın rəhbərlik etdiyi qurum ömürlük məhbuslarla bağlı məslələrə operativ reaksiya verir, onları dərhal ictimailəşdirirdi.
M.Rzaxanova bildirib ki, oğlu artıq 32 ildir ki, həbsdədir.
Onun oğlu Şakir Rzaxanov 1996-cı ildə qəsdən adam öldürmə ittihamı ilə ölüm hökmünə məhkum edilib. Sonradan ölüm hökmü ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib.
Anası oğlunun günahsız olduğunu düşünür. 2018-ci ildə bildirmişdi ki, Şakir cinayəti etiraf etməyib və haqsız yerə həbs olunduğunu deyib.
M.Rzaxanova bildirib ki, oğlu həbs olunandan sonra gəlini boşanıb, o isə nəvələrini böyüdüb.
İllər sonra birgə yaşadığı qızı və nəvələri ilə münasibətləri pisləşib və nəticədə onu məhkəməyə veriblər, adını evin qeydiyyatından çıxarıblar.
M.Rzaxanova "Qocalar evi"nə öz xoşu ilə yerləşdiyini qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildrilib ki, 2026-cı ilin ilk 8 ayında ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə ("Qocalar evi") 42 ahıl qəbul edilib. Onlardan 18 nəfəri qadın, 24 nəfəri kişidir.
"Hazırda müəssisədə 213 ahıl şəxs dövlət himayəsində yaşayır. Onlardan 109-u kişi, 104-ü qadındır", - deyə qurumdan bildirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama
-
AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
XƏBƏR LENTİ
-
G7 dizellə bağlı vacib qərar verdi
-
İllərdir küsülü olan Mətanət Əsədova və Elza Seyidcahan barışdı - (Video)
-
Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Şimali Kipr sahillərində gəminin batma səbəbi bilindi
-
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama
-
Tovuzda ev yandı, 45 yaşlı qadın xəstəxanada öldü
-
Millətlər Liqası: Belçika Türkiyəni darmadağın etdi, Farer adaları yenə uduzmadı
-
AzTV-nin keçmiş aparıcısı “Qocalar evi”ndə yaşayır
-
Dənizdən yığıb yola asfalt çəkdilər
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)





