Cəmiyyət

Kustar üsulla quraşdırılan soba can aldı

4 Dekabr 2022 19:28
Baxış: 1 013
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsmayıllıda bədbəxt hadisə baş verib.

1979-cu il təvəllüdlü Asif Alxan oğlu Mustafayev rayonun Qəzli kəndindəki evində kustar üsulla quraşdırılan sobadan çıxan dəm qazından zəhərlənərək ölüb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun qardaşı evə gələrkən onun cəsədini aşkar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.