Sərnişinlər Gəncə-Bakı qatarının hərəkət qrafikindən narazıdır - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər gün Gəncədən Bakıya və əks istiqamətdə sərnişin qatarı işləyir, ancaq qatarın hərəkət qrafiki Gəncə sakinlərini qane etmir.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hazırda qatar Bakıdan 08:45-də, Gəncədən isə 18:00-da çıxır. Bu da paytaxta gündəlik iş arxasınca gələn sərnişinlər üçün əlverişli deyil.
Sərnişinlər deyirlər ki, qatarın hərəkət qrafiki əvvəllər belə olmayıb. Sonradan edilən dəyişiklik Gəncədən olan sərnişinlərin işini çətinə salıb.
Problemlə bağlı Gəncə sakinləri sosial şəbəkələrdə təşəbbüs qrupu da yaradıblar. Onlar imza toplayaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyinə qatarların hərəkət qrafikinin dəyişdirilməsi üçün müraciət ünvanlayacaqlar.
"Azərbaycan Dəmir Yolları" QSC-nin xidmət rəisi Natavan Bayramova isə deyir ki, 2018-ci ildə sadəcə 1 ay ərzində Bakı-Gəncə-Bakı reysi üzrə qatar günaşırı hərəkətdə olmaqla, Bakıdan saat 09:00-da Gəncəyə yola düşüb və Gəncədən Bakıya növbəti gün saat 09:00-da qayıdıb. 2019-cu ilin fevral ayından bugünədək isə qatar hər gün hərəkətdədir.
Bundan başqa, pandemiyaya qədərki dövrdə Gəncə şəhərindən keçməklə Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarı və Bakı-Böyük Kəsik-Bakı ölkədaxili sürət qatarı hərəkətdə olub. Gəncədən olan sərnişinlər də bu qatarlardan istifadə etməklə günün müxtəlif vaxtlarında Bakıya gəlib-gedə biliblər. Ancaq pandemiya ilə əlaqədar hazırda bu qatarların hərəkəti də dayandırılıb. Həmin qatarların hərəkəti bərpa olunanda gəncəlilərin də Bakıya gediş-gəlişləri rahatlaşacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Ləman Ələşrəfqızına İqbal Ağazadənin adından dələduzluq (Foto)
-
Gürcüstanda azərbaycanlı qız öldürüldü - (Foto)
-
Sifariş etdiyi avtomobil aksesuarı gözlədiyi kimi gəlmədi
XƏBƏR LENTİ
-
Xamenei burada dəfn olunacaq - (Video)
-
Gəncədə 29 yaşlı gənc bıçaqlandı
-
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
-
Kiyevdə matəm elan edildi
-
Sandro Tonalinin yeni klubu bəlli oldu
-
Bakının 4 rayonunda su kəsintisi olacaq
-
Xameneyinin tabutunun ilk görüntüsü - (Foto)
-
FHN avtomobillərini binaların həyətində nizamsız park edənlərə müraciət etdi
-
Ofelya Şabanova: "O qaça-qaça qardaşımın yasına gəldi"
-
10 marşrutun hərəkəti istiqaməti dəyişdirilir
-
Məşhur tiktoker "Arzum" həbs edildi
-
Bakıxanovdakı yaşayış kompleksində yanğın: 4 avtomobilə ziyan dəyib - ( Foto)
-
Puşkinin Hemerdəki abidəsi yoxa çıxdı - Tapan mükafat alacaq - (Foto)
-
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir - (Foto)
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: "Dayım mənənə dəstək olmur" - (Video)
-
Alyona Əliyeva “Zamanın naxışları” moda nümayişində iştirak edib - (Foto)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Neftimiz ucuzlaşdı
-
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)





