Cəmiyyət

"Xəzər bağları" yaşayış massivinin yolları bərbad vəziyyətdədir - VİDEO

28 Noyabr 2022 18:57
Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərinin "Xəzər bağları" yaşayış massivinin Həmrəylik küçəsinin yolları bərbad vəziyyətdədir.

Sakinlər deyirlər ki, yayda toz- dumandan, qışda isə palçıqdan bu yollar keçilməz halda olur.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, yolların bərbad vəziyyətdə olması sakinlərin həyatını çətinləşdirib.

Bu küçənin sakinləri illərdir yol sarıdan çətinlik çəkirlər.Onların sözlərinə görə, Sumqayıt şəhərin küçələrinin asfaltlanması layihəsi əsasında işlərə başlanılsa da, abadlıq işləri bunlara şamil edilməyib. Həmrəylik küçəsi aidiyyəti qurumlar tərəfindən unudulub.

Sakinlər deyirlər ki, yağışlı havalarda ərazi keçilməz olur. Onlar iddia edirlər ki, bu küçəyə nə taksi, nə də ki, təcili tibbi yardım maşını gəlir.

Sumqayıt Bələdiyyə sədrinin müavini Orxan Adıgözəlzadə "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, mövcud vəziyyətdən xəbərdardırlar və problemin həlli üçün işlərə başlanacaq. Bildirildi ki, gələn həftə sözügedən küçədə  Sumqayıt bələdiyyəsi tərəfindən abadlaşma işlərinə start veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.