Vətən üçün döyüşdü, medalları başqa şəxsə verildi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabirabadda Vətən müharibə iştirakçısı olan rayonun Qaragüney kənd sakini Vüsal Əliyev eyni ad-soyad və ata adı olan başqa birisi ilə səhv düşüb.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Vüsal Əliyev Vətən müharibəsi başlayan zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən döyüşlərə yollanıb.
O, müharibə qurtardıqdan sonra komissarlığa gedərək Vətən müharibəsi iştirakçısı kimi qeydiyyata alınıb. Onun iddiasına görə, bundan sonra ona aid medallar və veteranlıq kartı rayonun Şəhriyar kəndindən ad, soyad, ata adı eyni olan başqa bir Vüsal Əliyev adlı şəxsə verilib.
Müraciətdən sonra verilən medallar onun adına rəsmiləşdirilib. Hazırda isə veteran kartında problem var.
Vüsal Əliyev qeyd edir ki, döyüşdən qayıtdıqdan bir müddət sonra o müddətdən artıq hərbi qulluqçu kimi işləmək isətsə də, sistemdə onun adı çıxmadığına görə işə götürülməyib.
Rayonun Şəhriyar kənd sakini olan Vüsal Əliyev isə "Xəzər Xəbər"ə bildirib ki, o, Vətən müharibəsində iştirak etməyib. Sadəcə olaraq həmin dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən ona da çağırış vərəqəsi gəlib. Şöbədə isə onun hərbi biletinə möhür vurularaq ərazini tərk etməməsi barədə təlimat verilib.Vüsal qeyd edib ki, müharibə bitdikdən sonra bankdan ona bank hesabının olduğu bildirilib. Ona görə də Vüsal Əliyev banka gedərək adına olan kartı alıb. Eyni vaxtda bank tərəfindən Qaragüney kənd sakini, müharibə iştirakçısı olan Vüsal Əliyevə də adına kart olması barədə bildiriş gəlib. Lakin sonradan Şəhriyar kənd sakini olan Vüsal Əliyev öz adına iki kartın olduğunu bildiyindən adına olan digər kartı baglatdirmaq qərarına gəlib. Həmcinin Vüsal Əliyev qeyd edib ki, onun adına sadəcə veteran kartı gəlib. Əlavə olaraq hər hansı bir medal və orden gəlməyib.
Vüsal Əliyevin qarşılaşdığı problemlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən "Xəzər Xəbər"ə bildirilib ki, məsələ mexaniki səhvə görə baş verib. Hər iki şəxsin ad-soyad və ata adları eyni olsa da, doğum tarixləri fərqli olduğundan sistemə səhv daxil edilib. Lakin artıq məsələ öz həllini tapıb. Xidmət tərəfindən Vüsal Əliyevin döyüş tarixçəsi onun adına işlənərək sistemə daxil edilib. Veteran kartının dəyişdirlməsi üçün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilib və yaxın günlərdə bu məslədə öz həllini tapacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - (Foto/Video)
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
XƏBƏR LENTİ
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü





