Cəmiyyət

Oğrulara görə Sumqayıtda 90 ailə çarəsiz qalıb - VİDEO

19 Noyabr 2022 21:48
Baxış: 1 010
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıtda 90 ailənin yaşadığı binaya istilik verilmir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Sumqayıtın 17-ci mikrorayonundakı 63 saylı binadan gedir.

Sakinlər deyirlər ki, noyabr ayının 15-dən istilik veriləcəyi sözünü eşidəndə seviniblər. Amma artıq dörd gündür 63 saylı binada istilik bərpa edilməyib.

Sakinlər məcburən müxtəlif qızdırıcılardan istifadə edirlər.

Bina sakinləri aidiyyəti qurumlara dəfələrlə müarciət ediblər. Onlara binanın zirzəmisindən 30- dan çox vintelin oğurlandığını və materialların sakinlərin öz vəsaitləri hesabına təmin ediləcəyi təqdirdə problemin həll olunacağı deyilib.

"Azəristiliktəhcizat" ASC-nin  mətbuat xidmətinin rəhbəri Elvin Basqallının sözlərinə görə, binanın zirzəmisindəki oğurluq barədə mənzil istismar sahəsinə və Sumqayıt şəhər polis idarəsinə məlumatda verilib. Bu günə kimi məsələ öz həllini tapmayıb. Sözügedən məmulatlar təmin edilərsə Sumqayıt istiliktəhcizat idarəsi tərəfindən problem dərhal aradan qaldırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.