Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitab...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub.
Milli.Az axar.az-a istinadən bildirir ki, türk dünyasının tarixinə olduqca böyük töhfə ola biləcək, Anadolu və Azərbaycanda türk xalqlarının keçmişi ilə bağlı müxtəlif manipulyasiyalara birdəfəlik son qoyacaq ensiklopediya İstanbulda nəşr edilib.
Təqdimat mərasiminin moderatoru, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı ensiklopediya haqqında fikirlərini söyləyib. O, kitabın Azərbaycan və bütövlükdə türk dünyası üçün qiymətli bir töhfə olduğunu qeyd edib:
"Firudin bəylə bizi uzun yol, əqidə, məsləhət yoldaşlığı birləşdirir. Onun yaradıcılığına uzun illərdir bələdəm. O, bu kitablarda "iynə ilə gor qazıb". Bütün xəritələri özü hazırlayıb, türk tarixi ilə bağlı hər şeyi üzə çıxarıb, bu araşdırmalara "türk" adının çəkilməsinin yasaqlandığı vaxtdan başlayıb. Firudin Ağasıoğlu türk tarixinə baxışı dəyişdirib. O, bu kitabında türk tarixi ilə bağlı bütün yanlış məqamlara aydınlıq gətirib".
"İslamöncəsi Türk Tarixi" ensiklopediyası haqqında danışan müəllif 30 ildir Urmu nəzəriyyəsi üzərində işlədiyini deyib. Professorun sözlərinə görə, bu əsər həmin araşdırmaların nəticəsidir:
"İslamaqədərki tarix mürəkkəb məsələdir, çünki qaynaqlar çox azdır. Bu kitabı yazarkən də çox böyük əmək sərf etmişəm. Urmu nəzəriyyəsini araşdırmışam. Bu nəzəriyyə türklərin köçəri xalq kimi Anadoluya və Azərbaycana gəlmələrini irəli sürən baxışların yanlış olduğunu faktlarla sübuta yetirir. 30 illik araşdırmalarımın nəticəsində "İslamöncəsi Türk Tarixi" adlı doqquz kitabdan (9 Bitik) ibarət bu elmi əsər ortaya çıxdı. Kitabı mən yazmışam, onu ictimaiyyətə çatdıran, çap edən isə Mübariz Mənsimovdur. Ona çox təşəkkür edirəm. Kitabın ərsəyə gəlməsində çox adamın əməyi var. Onların hər birinə təşəkkür edirəm".
Daha sonra çıxış edən sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Firudən Ağasıoğlu ilə olan xatirələrini bölüşüb. O, təqdimatı keçirilən ensiklopediyanın türk dünyası üçün böyük əhəmiyyətə malim tam yeni kitablardan ibarət olduğunu bildirib:
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov vurğulayıb ki, türk etnosu ön Asiyadan dünyanın başqa yerlərinə pərvazlanıb. Onun sözlərinə görə, bu konsepsiya Firudin Ağasıoğlunun bütün yazılarında əksini tapıb.
Türk dünyasının tanınmış şairi Rüstəm Behrudi Firudin Ağasıoğlu ilə olan xatirələrindən danışıb, onun yaradıcılığından söz açıb. Həmçinin o, Firudin Ağasıoğluna həsr etdiyi şeiri səsləndirib.
Qeyd edək ki, doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediyası "Palmali" Şirkət Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə İstanbulda nəşr edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
XƏBƏR LENTİ
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü





