Cəmiyyət

Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri

12 Noyabr 2022 21:13
Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 11-də Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Müasir Yaradıcılığa Dəstək" İctimai Birliyinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri - rəsm müsabiqəsi və sərgisinin təşkili" layihəsinin növbəti maarifləndirmə tədbiri keçirilib.

"Qərbi Zəngəzur: əsirlikdə olan Azərbaycan abidələri - rəsm müsabiqəsi və sərgisinin təşkili" layihəsinin məqsədi milli-mədəni irs nümunələrinin tanıdılması kimi ümummilli işə töhfə verməkdir. Layihə qədim tariximizin və mədəni irsimizin təbliği baxımından ölkəmizdə görülən işlərə layiqli töhfə verəcəkdir.

Layihənin növbəti günündə 20 nəfər yeniyetmə və gənc iştirak etmişdir.

Qeyd edək ki, layihə 3 mərhələdən ibarətdir: 2 maarifləndirmə tədbiri, rəsmlərin sərgisi keçiriləcək və iştirakçılar sertifikatlar ilə təltif olunacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.