Cəmiyyət

Bakı sakinlərinin nəzərinə - Noyabrın 15-dən etibarən...

8 Noyabr 2022 20:33
Baxış: 7 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə ərazisində havaların soyuması mənzillərin istilik məsələsini yenidən gündəmə gətirib.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanda istilik mövsümü dağ rayonlarında noyabrın 1-də, Bakıda, eləcə də digər şəhər və rayonlarda isə noyabrın 15-də başlayacaq.

"Azəristiliktəhcizat" ASC-nin şöbə rəisi Xəqani Süleymanlı qeyd edib ki, istilik mövsümü üçün bütün zəruri tədbirlər görülüb.

"Azəristiliktəchizat"ın "Azəriqaz"a arasında illərdir çözülməyən borc probleminə gəlincə, bildirilib ki, hər iki qurum arasında razılaşma əldə olunub. Xəqani Süleymanlı qeyd edib ki, "Azəristiliktəhcizat" da sayğaclaşma prosesinin icrasına yaxın vaxtlarda başlanılacaq. Bu əvvəlcə pilot layihə kimi yalnız obyektləri əhatə edəcək. Hələlik mənzillərin sayğaclaşdırlması nəzərdə tutulmur. Layihənin icrasından sonra kart sistemilə ödənişə başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.