Cəmiyyət

Bakı-Qazax yolunda qəza olub, sürücü qaçıb - FOTO

5 Noyabr 2022 08:24
Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Qazax yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun 306-cı kilometrliyində qeydə alınıb.

Belə ki, Hacıyev Xaxoy Əlaslan oğluna məxsus 90-VY-747 dövlət nömrə nişanlı "BMW" maraklı avtomobil, Şərifov Fərid Yaşar oğluna məxsus 99-GM-779 dövlət nömrə nişanlı "Ford Fusion" markalı avtomobilə çırpılıb.

Nəticədə "BMW" markalı avtomobil yoldan kənara çıxaraq dərəyə aşıb.

"Ford Fusion"da olan sərnişinlər yüngül xəsarət alıblar.

Onlara ilkin tibbi yardım göstərilib.

"BMW"in sürücüsü avtomobili hadisə yerində qoyaraq ərazidən uzaqlaşıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.