Gədəbəydə piyadaların vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonunun Zəhmət kəndində qeydə alınıb:
"Volkswagen Passat" markalı avtomobil 2 azyaşlı məktəblini vurub. Məktəblilər dərhal Gəncə şəhər xəstəxanasına çatdırılıb. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırmalar başladılıb. Araşdırmaların nəticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Milli.Az