Gədəbəydə məktəbliləri maşın vurdu

27 Oktyabr 2022 23:46

Gədəbəydə piyadaların vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonunun Zəhmət kəndində qeydə alınıb:

"Volkswagen Passat" markalı avtomobil 2 azyaşlı məktəblini vurub. Məktəblilər dərhal Gəncə şəhər xəstəxanasına çatdırılıb. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırmalar başladılıb. Araşdırmaların nəticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Milli.Az