Bakının Binəqədi rayonunda dava zamanı xəsarət alanlar olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 19 yaşlı Sahib Fərhad oğlu Eyvazov və onun dostu - hələlik adı bilinməyən gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Fakt Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
Milli.Az